Bağçaların və rayonlara gediş-gəlişin açılması hələlik nəzərdə tutulmur

20:36 29.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Restoranlarda sosial məsafənin qorunmasına həm o yerlərin sahibləri, həm də vətəndaşlar riayət etmirlər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, bu səbəbdən cərimələrin artırılması barədə layihə təqdim edilib: “Qapalı zalların açılması isə ümumiyyətlə tövsiyə olunmur. Rayonlara gediş-gəliş hələ açılmır”.

 TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, uşaq bağçaları üçün metodik göstərişlər hazırlanıb: “Bağçaların hazırda açılması nəzərdə tutulmur. Bağçalar açılan zaman gələcəkdə həmin metodik göstərişlər tətbiq olunacaq”.

Oxunma sayı 1994