Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir

17:39 08.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir.

Bu barədə hafta.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etməkdir.

Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 8:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq.

Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Saat 8:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq. Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də Bakıya çatacaq.

Sosial rubrikasından digər xəbərlər