Bakı istidir, festivalın adı da özünə yaraşır - Qazmanov

18:30 28.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

JARA Beynəlxalq Musiqi Festivalında iştirak edən aktyor, aparıcı Rodion Qazmanov festival, Bakı ilə bağlı təəssüratlarını bölüşüb.

Gənc istedad Trend-ə deyib:

"İlk baxışdan Bakı çox istidir, ona görə, "JARA" festivalının adı yaraşır. Şəhər çox maraqlıdır, gözəl rənglər, interyer, parlaq qamma...".

Festivala qatılmaqdan məmnun olduğunu vurğulayan R.Qazmanov yeni kompozisiya ilə təşrif buyurduğunu da qeyd edib.