Bakı Media Mərkəzindən Azərbaycan polisinə həsr olunan videoçarx

13:21 02.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan polisləri koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə həkimlərimizlə yanaşı ön cəbhədədirlər. Onlar da öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə də çatır, onlara yardım əli uzadır.

Hafta.az-ın məlumatına görə, Bakı Media Mərkəzinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə hazırladığı yeni videoçarx bu dəfə məhz polislərimizə həsr olunub.

Sözügedən çarxı təqdim edirik:

Oxunma sayı 415