Bakı Media Mərkəzindən koronavirusla mübarizəyə dəstək məqsədilə yeni VİDEOÇARX

15:59 26.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.

Hafta.az-ın məlumatına görə, videoçarxda xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda vətəndaşlarımıza özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdə qalmaq, dərhal şəxsi həkimlərinə və ya Təcili Tibbi Yardım Stansiyasına – 103 və 113 xidmətinə və ya 24 saat fəaliyyət göstərən qaynar xətt –“15 42”-yə müraciət etmək tövsiyə olunur.

Həmin videoçarxı təqdim edirik:

Oxunma sayı 197