Bakı polisində yeni rəis təyinatı

18:00 17.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinat olub.

Hafta.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki İsmayıl Əliyev BŞBPİ-nin istintaq və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya faktı təsdiqləyib.

Sosial rubrikasından digər xəbərlər