Bakı polisindən vətəndaşlara müraciət

10:14 03.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

Hafta.az-ın xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsi vətəndaşları şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırır. 

Oxunma sayı 104
Sosial rubrikasından digər xəbərlər