Bakı-Rostov marşrutundakı qəzada yaralanan 8 nəfərin kimliyi məlum oldu - Siyahı

13:38 05.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 8 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlar - Sənubər Qurbanova, Vəliyev Aydın Cavanşir oğlu, Əbdurrahmanov Cabbar Eyyub oğlu, Baxışov Fikrət Məmmədzadə oğlu, Haşımov Babaşah Ağami oğlu, Sultanov Camir Ramazan oğlu, Murhəlimov Taramşah və Abdullayeva soyadlı qadındır. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb. Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib.

Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.