Bakı şəhər BPİ Fatimə Mövlamlının saxlanılması xəbərinə münasibət bildirdi

14:04 28.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bloger Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır.

Bu barədə hafta.az-a Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Xidmət rəisi deyib:

"O, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir. Bu kimi yalnış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır".