Bakı-Sumqayıt qatarının cədvəlində dəyişiklik olub

13:33 28.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Komendant saatının tətbiq edilməsi ilə əlaqədar Bakı-Sumqayıt elektrik qatarının cədvəlində dəyişiklik edilib. 

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb. Bildirilib ki, bu gündən Sumqayıtdan saat 19:35-də yola düşən 6626 Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən 6625 Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.

Oxunma sayı 761
Sosial rubrikasından digər xəbərlər