Bakı yollarında yeni yuyucu vasitədən istifadə olunur -BŞİH-VİDEO

18:20 30.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən görülən dezinfeksiya işləri davam etdirilir.

BŞİH mətubat xidmətindən hafta.az-a verilən məlumata görə, koronavirusun yayılma təhlükəsinin qarşısını almaq üçün bu gün paytaxtda yolların təmizlənməsi ilə bağlı yeni yuyucu vasitədən istifadə olunub:

"Bu günlərdə həm dezinfeksiya, həm də yolların yuyulması məqsədəuyğundur. Buna görə də Bakıda ilk dəfə olaraq Ceyhun Hacıbəyli küçəsində yeni yuyucu vasitədən istifadə olunmaqla dezinfeksiya işləri görülüb. Sözügedən küçə bütünlüklə yeni yuyucu vasitəsi ilə təmizlənib. Bu işlər davamlı şəkildə digər küçə və prospektlərdə də həyata keçiriləcək".

 

Oxunma sayı 380
Sosial rubrikasından digər xəbərlər