Bakıda 19 yaşlı qızı maşın vurub qaçdı

23:16 09.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda gənc qızı maşın vurub.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Qəsəbə ərazisindəki "Rahat Market"in qarşısında naməlum avtomobil yolu keçmək istəyən piyada, 2000-ci il təvəllüdlü Bəşirova Nəzrin Şakir qızını vurub. Sürücü dərhal hadisə yerindən qaçıb.

Yaxınlıqdakı şəxslərin köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.