Bakıda 2 “Mercedes” toqquşub, ölən var

13:54 07.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətai rayonunun M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, sentyabrın 6-da saat 9 radələrində Xətai rayonunun M.Hadi küçəsində Q.Ramazanovun və O.Süleymanovun idarə etdikləri 2 “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə O.Süleymanovun sərnişini olan arvadı Reyhan Süleymanova hadisə yerində ölüb.

 

Xətai RPİ tərəfindən araşdırma aparılır.