QHT şurası da 20 illiyini qeyd edəcək

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində“ mövzusunda dəyirmi masa keçirəcək. Şuradan “Həftə içi“nə verilən məlumata görə, tədbirdə Azərbaycan QHT sektorunun 20 il ərzində keçdiyi yol nəzərdən keçiriləcək, əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr təhlil olunacaq.Tədbirdə dövlət müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə şuranın nəşr etdiyi “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində“ kitabının təqdimatı olacaq.






Əli