Bakıda 3 nəfər liftdə qalıb

12:47 20.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanovda liftdə qalanlar xilas olunub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, ötən sutka ərzində nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.