Bakıda 4 otaqlı ev yanıb

19:48 11.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər rayonunda 4 otaqlı ev əşyaları ilə birgə yanıb.

Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.