Bakıda 550 küçə dezinfeksiya edilib - FOTO

18:05 15.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 10-cu dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 550 küçədə dezinfeksiya işləri görüb.

Bu barədə hafta.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.

Oxunma sayı 3421