Bakıda 6 otaqlı ev yanıb

10:56 08.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 6 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 180 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və yaxınlıqdakı ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.