Bakıda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

14:47 17.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Bildirilir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq kritik vəziyyətdə 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.