Bakıda ana övladını ayaqlarından zəncirləyib - İşgəncə təsdiqləndi

16:49 21.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda azyaşlı uşağın ayaqlarından pəncərəyə zəncirləndiyi sosial şəbəkələrdə yayılmış xəbər rəsmən təsdiqlənib.

Hafta.az modern.az-a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, avqustun 20-də onlara paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində azyaşlının ayaqlarından zəncirləndiyini əks etdiən foto daxil olub: 

Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı məsələ dərhal BŞBPİ rəhbərliyi tərəfindən nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib.


Məlum olub ki, Yevlax şəhərində doğulmuş 2010-ci il təvəllüdlü Ö.H.-ni anası Şahanə İmayılova zəncirlə ayağından bağlayıb. Belə ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə - saat 8:00-dan axşam saat 00:00 radələrinə kimi heç yerə getməməsi üçün ayaqlarından zəncirləyib.

Şahanə İmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu əsas gətirib.

Araşdırma zamanı Nəsimi Rayon Polis idarəsinin İctimai təhülkəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub.

Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub.