Bakıda avtobus qadını vuraraq öldürüb

10:26 21.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda sərnişin avtobusu qadın piyadanı vurub.

Trend-in məlumatına görə, hadisə bu gün səhər Binəqədi rayonunda qeydə alınıb. 67 saylı xətt üzrə hərəkət edən avtobus 1985-ci il təvəllüdlü Əliyeva Kəmaləni vurub.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası qadını 1 saylı Kliniki Tibbi Mərkəzə çatıdırıb.

Məkəzdən Trend-ə verilən məlumata görə, K.Əliyeva bədənin müxtəlif yerlərindən çoxsaylı xəsarətlər alıb və daxili qanaxması olub. Həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib.