Bakıda avtomobildə tapança aşkar edilib

18:51 07.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda “Volkswagen Jetta” markalı avtomobildə tapança aşkar edilib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında sentyabrın 4-də Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini O.Həmzəyevin idarə etdiyi “Volkswagen Jetta” markalı avtomobilə baxış zamanı oradan “TT” markalı tapança aşkar edilərək götürülüb.