Bakıda “ABŞ-da təhsil“ yarmarkası keçirilib

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 9-da Bakıda “ABŞ-da təhsil“ yarmarkası başlayıb. Yarmarkanı ABŞ Dövlət Departamenti və Bakı Təhsil Mərkəzi təşkil edib. Birləşmiş Ştatların ölkəmizdəki səfirliyindən verilən məlumata görə, yarmarkada 15-dən çox universitet və ödənişsiz təhsil proqramları iştirak edir. Yarmarkanın məqsədi maraq göstərən şəxsləri bir araya toplayıb onlara ABŞ-da təhsil alma imkanları haqqında məlumat verməkdir. Yarmarkada iştirak edən İREX təşkilatının Azərbaycan üzrə rəhbəri Sarah Hennessey bildirib ki, burda Ohayo, Duke, Villamette universitetlərin və bəzi kolleclərin nümayəndələrini görmək olar. Sarah Hennesey deyir ki, bu il Dövlət Departamentinin maliyyələşdirdiyi Muskie proqramı çərçivəsində Azərbaycandan 7 nəfərin göndərilməsi nəzərdə tutulur. Təhsil Yarmarkası oktyabrın 10-da başa çatıb.
Vüsal