Bakıda ərzaq məhsullarının satışında artım qeydə alınıb

11:25 01.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3 milyard 249,9 milyon manat olub.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 1 milyard 535,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 1 milyard 714,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 34,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 19,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 46,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

İqtisadiyyat rubrikasından digər xəbərlər