Azərbaycan Ukraynaya 2014-cü ildən qaz ixracına başlayır

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Azərbaycan Ukraynada sıxılmış qazın qəbulu ilə bağlı LNG-terminalının tikintisində iştirak etməyə hazırdır“. Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli “Ukrinform“a müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Azərbaycan bu işdə istənilən yardımı etməyə hazırdır. Həmçinin milli maraqlarını nəzərə alaraq Bakı layihə reallaşdırılan zaman fəal şəkildə bu prosesdə iştirak edəcək: “Azərbaycan müxtəlif böyük xarici şirkətlərlə illər ərzində əməkdaşlıqdan əldə etdiyi təcrübəyə əsaslanaraq maliyyə, texnika, elm, təcrübə sahəsində yardım edə bilər. Təbii ki, bütün bunlar qarşılıqlı əsasda həyata keçirilməlidir. Energetika sahəsində əməkdaşlıq Azərbaycan-Ukrayna münasibətlərinin vacib tərkib hissəsidir. Keçən il 1,5 milyon ton Azərbaycan nefti Ukraynaya nəql edilib. Bu ilin əvvəlində Davosda iki ölkənin hökumətləri arasında sıxılmış təbii qazın Ukraynaya çatdırılmasına dair saziş imzalanıb“. Səfir vurğulayıb ki, Azərbaycan bu layihədə çox maraqlıdır. O cümlədən, Ukrayna da. Çünki burada söhbət Ukraynanın enerji-tranzit sisteminin uzunmüddətli təmini və yanacağın digər ölkələrə nəqlindən gedir: “Söz verdiyimiz kimi, 2014-cü ildə Ukraynaya 2 milyard kubmetr, bir il sonra isə 5 milyard kubmetr qaz ixrac edəcəyik. Nəticədə bu işdən tək Bakı və Kiyev yox, o cümlədən Ukrayna vasitəsi ilə qaz-neft alan ölkələr də qazanacaq. Əminik ki, digər ölkələr də bu layihəyə qoşula bilərlər. Mən mineral ehtiyatları olan ölkələri nəzərdə tuturam“. Səfirin sözlərinə görə, bu gün Ukraynaya ixrac edilən Azərbaycan məhsullarının böyük əksəriyyəti neft və neft məhsullarıdır. Lakin Azərbaycan bu çeşidin çoxalmasında maraqlıdır. Hərbi-texniki sahədə əməkdaşlığa gəldikdə isə diplomat bu münasibətlərin də ənənəvi xarakter daşıdığını söyləyib.
Azad