Bakıda evdə şir balasının saxlandığı bəlli oldu – Günün təzadları

19:57 23.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda zooparkda qalmalı olan şir balasının evdə bəsləndiyi bilindi.

Hafta.az-ın verdiyi xəbərdə belə deyilir.

Xüsusi karantin rejimi ilə əlaqədar Bakı Zooloji Parkı da ziyarətçisiz qalıb.

Parkın direktoru Azər Hüseynov deyir ki, burada sakitlikdir və bu da heyvanların bala verməsi üçün əlverişli şərait hesab olunur:

"Qamış pişiyi 4 baş bala verib. Onlar salamatdır. Dekabrın 25-də şirimizin biri bala verib. Onu da öz işçimizin evində saxlayırıq. Çünki anası süd verməkdən imtina etmişdi. Bu ayın 25-də həmin heyvanı zooparka gətirəcəyik".

Zoopark işçisinin evində saxlanan şir balasının da durumu yaxşıdır.

 

ABŞ-ın bu şəhərində azan səslənəcəyi bilindi

Amerikanın Minneapolis şəhərinin müsəlmanları bu Ramazan ayı boyunca ümumi karantin şəraitində evlərini tərk etmədən azan eşitmək üçün unikal bir fürsət əldə etdi.

Hafta.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə belə deyilir. 

Yerli müsəlman icması ilə şəhər rəhbərliyi arasındakı bir razılaşma sayəsində orucluq ayında  Dar əl-Hicra İslam mərkəzi ərazidəki səsgücləndiricilərin köməyi ilə azanı səsləndirə biləcək. 

Namaza çağırışın yayımlanmasına Minneapolisin bələdiyyə başçısı Yakob Frey  icazə verib. Səsgücləndirici cihazların alınmasını isə Amerika-İslam Münasibətləri üzrə Müsəlman İnsan Hüquqları Təşkilatı Şurası (“CAIR”) təmin edib. 

 

Nazirlər Kabinetinin əməkdaşı işdən qovuldu

Nazirlər Kabineti (NK) Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov işdən çıxarıldı.

Hafta.az-ın yazdığına görə, "Report" xəbər verir ki, bu barədə NK məlumat yayıb. 

Məlumata görə, ölkə ərazisində koronavirus infeksiyasının (“COVID -19”) yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etdiyi, həmçinin vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozduğu üçün “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarının tələblərinə əsasən onun işinə son verilib. 

 

Azərbaycanlı gənc Amerikada ölü tapıldı

Həmyerlimiz Amerika Birləşmiş Ştatlarında avtomobilində ölü tapıldı.

Hafta.az-ın yazdığına görə, "Trend" xəbər verir ki, hadisə Şimali Karolina ştatında qeydə alınıb.

Seymur Hüseynov adlı azərbaycanlı gənc ötən gün şəxsi avtomobilində ölü vəziyyətdə aşkarlanıb.

Dünyasını dəyişən şəxsin yaxınlarının sözlərinə görə, S.Hüseynov hələ də Azərbaycan vətəndaşı olub və "Green Card" vasitəsilə Amerikaya köçüb.

Artıq hadisə ilə bağlı Azərbaycanın Amerikadakı səfirliyi ilə əlaqə saxlanılıb.

 

Türkiyədə 18 milyon dollara ada satıldığı bilindi

Türkiyənin Egey dənizinə düşən hissəsində Kiçik-Oraq adasının satıldığı bəlli oldu.

Hafta.az-ın yazdığına görə, APA “Hurriyet Daily News”a istinadən xəbər verir ki, 22,6 hektar sahəsi olan ada Muğla vilayətinə daxildir və kurort şəhəri Bodrumun yaxınlığında yerləşir. Bu ərazilər turistlər arasında çox məşhurdur, hər gün buralarda gəzinti qayıqları dolaşır.

Adanın ərazisində 500 kv/m sahəsi olan dəbdəbəli villa və 150 kv/m sahəsi olan daha bir bina var. Burada 350 ağaclıq zeytun bağı da yerləşir. Bura qorunan ərazidir, burada yeni tikintiyə icazə yoxdur.

Adanın sahibləri buranı 125 milyon türk lirəsinə (təxminən 18 milyon dollar) satmağı düşünür.

 

Ameirkada ev pişiklərində də koronavirus qeydə alındı

Amerikalı mütəxəssislər Nyu-York ştatında ev pişiklərinin koronavirusa yoluxmasını qeydə

aldılar.

Hafta.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Qeyd olunub ki, bu ABŞ-da ev heyvanları arasında koronavirusa ilk yoluxma halıdır.

Ştatın müxtəlif yerlərində yaşayan iki pişiyin sahiblərindən və ya qonşularından yoluxduğu ehtimal edilir. Ev heyvanlarında yüngül tənəffüs xəstəliyinin simptomları mövcuddur. Heyvanların sağalması gözlənilir.

Daha əvvəl, Nyu-Yorkun zooparkında bir neçə pələng və şirin koronavirusa yoluxması təsdiqlənmişdi.

Oxunma sayı 332