Bakıda Hindistan Film Festivalına start veriləcək

15:12 17.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakı Gənclər Mərkəzində Hindistan Film Festivalı təşkil olunacaq.

Hafta.az yazır ki, 23-29 iyul tarixləri aralığında baş tutacaq festival Gənclər Mərkəzinin Hindistan Səfirliyi ilə əməkdaşlığı çərçivəsində reallaşacaq. Festival günlərində fərqli janrlarda maraqlı hind filmləri nümayiş olunacaq. Hindistanın rəngarəng mədəniyyəti ilə yaxından tanış olmaq istəyən hər kəs tədbirdə heç bir ödəniz eləmədən iştrirak edə bilər. 

İyul 23-də günorta saat 03:00-da Bakı Gənclər Mərkəzində nümayiş olunacaq ilk film Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavintlunqun iştirakı ilə göstəriləcək. Filmlər hind dilində, ingiliscə altyazı ilə təqdim olunacaq.