Bakıda istifadəsiz kafe qarət olundu

12:21 04.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yarımçıq tikilidən oğurluq edilib.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

 Qəsəbə sakini Zakir Mahmudzadəyə məxsus, sökülməkdə olan kafedə ümumi dəyəri 1 800 manat olan soyuducu və digər məişət əşyaları oğurlanıb.

Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi üzrə məhkum olunmuş 1981-ci il təvəllüdlü Tahir Musayev və 1990-cı il təvəllüdlü Ruslan Tağıyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Oxunma sayı 1365