Bakıda karantini pozan salon müdiri özünü jurnalist kimi təqdim etdi –Günün təzadları

20:00 01.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Nərimanov rayonunda xüsusi karantin qaydalarını pozan protez saç salonunun özünü jurnalist kimi təqdim edən rəhbəri cərimə edildi.

Hafta.az yazır ki, bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən protez saçların qoyulduğu salon aşkar edilib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı A.M.Cümə küçəsində yerləşən paytaxt sakini Məmmədov Ağa Mübariz oğluna məxsus “HDC Baku” mərkəzinin qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub.

Obyektə baxış zamanı oranın sahibi, işçiləri və 1 nəfər müştəri Polis Şöbəsinə gətiriliblər. Protez saç mərkəzinin rəhbəri Ağa Məmmədovun üzərinə baxış zamanı ondan jurnalist vəsiqəsi aşkar edilib. O, əvvəlcə bu vəsiqədən istifadə edərək məsuliyyətdən yayınmağa çalışsa da sonradan karantin qaydalarını pozduğunu etiraf edib.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və digər 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onlar inzibati qaydada 200 manat məbləğində cərimə ediliblər.

 

Rusiya II Dünya savaşının başa çatması ilə bağlı tədbirə çağırılmadı

Almaniya bir daha Rusiyanı İkinci Dünya müharibəsinin başa çatmasının 75 illiyi ilə bağlı keçirilən tədbirlərə çağırmadı.

Hafta.az Musavat.com-a  istinadla xəbər verir ki, alman tərəfi bunu həmin tədbirdə yalnız öz vətəndaşlarının iştirak edə biləcəyi ilə əsaslandırıb.

AFR hökumətinin nümayəndəsi Ulrike Demmer xəbəri təsdiqləyib.

Maraqlıdır ki, Rusiya tərəfi buna olduqca sərt təpki göstərib. Almaniyada rusiyapərəst qüvvələr də hərəkətə keçib. Kremlə yaxınlığı ilə bilinən “Almaniya üçün Alternativ” (AüA) partiyasından olan deputat Valdemar Gerdt (Aşağı Saksoniya) Avropanın Rusiyanın bu müharibədəki rolunu qəsdən azaltmaq niyyətini daşıdığını, bununla Moskvaya “əlavə imic kapitalı” vermək istəmədiyini söyləyib.

Buna görə hökumət rəsmi açıqlama yayaraq yubileydə yalnız ölkənin icraedici, qanunverici və məhkəmə hakimiyyətinin ali nümayəndələrınin olacağını deməklə kifayətlənb. Ulrike Dammerin sözlərinə görə, onsuz da koronavirus pandemiyası əcnəbi rəsmilərin iştirakına imkan vermir.

Almaniya parlamentinin özündə isə Rusiyaya yönəlik sanksiyaların götürülməsi çağırışları güclənir. Bu il martın sonlarında Bundestaq deputatı, AüA partiyasından Anton Frizen Almaniya iqtisadiyyatının özünün bu sanksiyalardan hər ay 667 milyon, ildə isə 8 milyard avro pul itirdiyini bildirib.

Bundan başqa, Saksoniya əyalətinin baş naziri Mixael Kreçmer də bənzər bəyanat sələndirərək, hətta Rusiya prezidenti Vladimir Putini Saksoniyaya dəvət edib.

 

8 yaşlı ingiltərəli uşaq otağını məscidə çevirdi

Britaniyadakı məscidlər pandemiya səbəbiylə bağlı qaldığı və xüsusən Ramazan ayında müsəlmanların məsciddə ibadət etməyi arzuladığı bir vaxtda 8 yaşlı Yahya Murad vəziyyətdən çıxmaq üçün orijinal bir yol tapdı.

Hafta.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.

Bredford şəhərindən olan britaniyalı məktəbli ümidsizliyə qapılmaq əvəzinə, otağında müsəlman məbədinin atmosferini  yaratmaq qərarına gəlib.  Müsəlman uşaq  dəftərxana ləvazimatları, karton qutular, folqa ilə silahlanaraq  işə başlayıb. Kartondan  divarları yapışdırıb, pəncərələri kəsib, döşəməyə Məkkəyə doğru  istiqamətlənmiş kilimlər salıb. İslam memarlığı üçün ənənəvi olan həndəsi naxışlar Yahya tərəfindən flomaster və boya ilə təsvir edilib.

"Buna bir həftə vaxtım getdi,  bəzi hissələri boya ilə boyayır və qurumasını gözləyirdim"- deyə inadcıl  müsəlman məktəbli söyləyib.

 

Qara leysan yağış sakinləri qorxutdu

RF-nın Çuvaşıstan Respublikasında qara rəngli leysan yağış sakinləri qorxuya saldı.

Hafta.az “RİA Novosti”yə istinadla xəbər verir ki, qəribə yağıntı barədə videonu yerli “Dzen Çuvaşiya” “VKontakte” qrupunun istifadəçiləri paylaşıb. 

Bildirilir ki, qara yağışdan sonra evlərin pəncərələrində, avtomobillərdə, qara ləkələr qalıb.

Sinoptiklər sakinləri sakitləşdirərək bu yağışın təhlükəli olmadığını bildiriblər. Qeyd edilib ki, qara yağışa Rusiyanın mərkəzi hissəsində güclü külək səbəb olub. Külək nəticəsində toz burulğanları yaranıb və yağışa qarışaraq yerə çöküb.

Qara yağış Mordoviya və digər vilayətlərdə də müşahidə olunub.

 

Vulkanın külü 7 km yüksəkliyə qalxdı

Kamçatkadakı Klyuçevskoy vulkanında 7 km yüksəkliyə kül axıdılması baş verdi.

Hafta.az xəbər verir ki, “Trend”in məlumatına görə, bu barədə həmin bölgə üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib.

Bildirilib ki, küləyin istiqamətini nəzərə alaraq, kül şleyfi vulkanından şimal-qərb istiqamətində yayılır, yaşayış məntəqələri həmin ərazidə yoxdur.

Vulkana "narıncı" aviasiya təhlükəsi kodu verilib.

 

Hindistanlı  fiziki məsafəni qoruyan velosiped düzəltdi

39 yaşlı adam artıq bu motosikletdə 8 yaşlı qızıyla fiziki məsafəni qoruya bildiyini dedi. 

Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, Hindistanın Tripura əyalətinin şimal-şərqində yerləşən Ağartala şəhərində yaşayan Parta Saha adlı sakin karantin rejimində maraqlı bir motosiklet düzəldib. Bir neçə ildir ki, motosiklet ehtiyat hissələri satdığını deyən Saha adi motosikleti kəsərək arasına əlavə qurğular vurub və ön və arxa oturacaq arasındakı məsafəni uzadıb. 

 

Oxunma sayı 460