Bakıda koronavirusa yoluxma ən çox Binəqədi rayonundadır

17:39 03.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumi yoluxma hallarının 55,1 faizi Bakının payına düşür.

Hafta.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“Binəqədidə yoluxma halları 12.8 faiz, Yasamalda 12.4 faiz, Xətaidə 11.9 faiz, Sabunçuda 11.8 faiz, Nəsimidə 10.4 faizdir. Qeyd edim ki, son günlər Nəsimi rayonunda yoluxma sayında artım müşahidə olunur. Nərimanovda 8.8 faiz, Suraxanıda 8.7 faiz, Nizamidə 8.2 faiz, Qaradağda 5.7 faiz, Səbaildə 4.7 faiz, Xəzər rayonunda 4.2 faiz, Piallahıda  0.3 faiz təşkil edib".

Oxunma sayı 2730
Sosial rubrikasından digər xəbərlər