Bakıda maşın və 2 ev yanıb.

13:49 07.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda maşın və 2 ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, şəhərin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri, bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və evin xarici divarında quraşdırılan 1 ədəd kondisioner mühərriki yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.