Bakıda minik avtomobili yük maşını ilə toqquşub, ölən var

21:49 16.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Qaradağ rayonunda "Toyota" markalı minik avtomobili və “MAN” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Rüstəmov Qədir İsmayıl oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxunma sayı 2194