Bakıda polis alman vətəndaşın itmiş əşyalarını tapıb 

16:04 10.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərində müvəqqəti yaşayan Almaniya vətəndaşı Hayke Mökel DİN-in 102 xidmətinə müraciət edərək, Nərimanov rayonunda yerləşən idman komplekslərindən birində ona məxsus içərisində 250 manat, şəxsi sənədlər və bankomat kartlarını naməlum şəraitdə itirdiyini bildirib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, müraciət daxil olan kimi Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən görülən işlər nəticəsində əcnəbi vətəndaşın pul kisəsi içində olan əşyalar və pulla birlikdə qısa zamanda tapılaraq sahibinə qaytarılıb.

H.Mökel operativliyə və ona həyatı boyu unutmayacağı köməklik göstərdiklərinə görə polis əməkdaşlarına minnətdarlıq edib.