Bakıda professor mənzilində ölü tapıldı – Günün təzadları

18:12 21.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda evdən meyit tapıldı. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Rayonun Keşlə qəsəbə sakini, 1953-cü il təvəllüdlü Məmmədova Gülyaz Alməmməd qızı yaşadığı evdə ölü tapılıb. Onun meyitini qonşuları aşkar edib. Qeyd edək ki, Gülyaz Məmmədova texniki elmlər doktoru, professordur.

 

Kəndin yoluna görə öz evini sökdürdü

Dağıstanın Buynaksk vilayətinin Çankurbe kəndinin sakini respublika əhəmiyyətli yolun genişləndirilməsi üçün evini qurban verdi. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, bu haqda Buynaksk rayon rəhbərliyinin mətbuat xidməti “İnstaqram” səhifəsində məlumat yayıb. Məlumata görə, Çankurbe kəndində hazırda kəndin əsas yolunun təmiri üçün geniş işlər görülür. Tikintisi davam edən yol iki rayonu - Buynaksk və Karabudaxkenti birləşdirəcək. Yenidənqurma işlərinə yerli sakinlər də töhfə verir. Onlardan biri - Əhməd Maqomedov ümumi mənafe naminə, fəhlələrin genişləndirmə işini maneəsiz davam etdirməsi üçün evini sökməyi təklif edib. Çankurbe kəndinin başçısı Sadrutdin Əliyev minnətdarlıqla sakinə torpaq sahəsi ayıracağını vəd edib. Buna rəğmən Ə.Maqomedov yalnız həmkəndlilərinin xeyri naminə belə bir xeyirxah əmələ əl atdığını vurğulayıb.

 

Siçovullar ölkəni internetsiz qoydu

Estoniyanın əhalisi çərşənbə günü saat 16:30-dan (yerli vaxtla) kabel zədələnməsi səbəbindən dövlət tərəfindən İnternet vasitəsilə göstərilən xidmətlərdən məhrum qaldı.

Hafta.az yazır ki, Trend-in məlumatına görə, xüsusilə, "eesti.ee" dövlət portalı ölkə daxilində fəaliyyətini dayandırıb və Dövlət İnformasiya Sistemi İdarəsi (RİA) tərəfindən göstərilən xidmətlər dayandırılıb. Problemlərin səbəbi, Tallinin yaxınlığındakı Haryuma qəzasında fiberoptik kabeli gömürən siçovullar olub. Ən çətin vəziyyətdətibbi yardıma ehtiyacı olanlar, həmçinin, həkimlərin internet vasitəsi ilə təyin etdiyi dərmanları tükənmiş insanlar olub.

 

Polkovnik hamilə arvadını girov götürdü

Rostovda Rusiya İstintaq Komitəsinin müstəntiqi Sergey Tkaçev evində barikada quraraq səkkiz aylıq hamilə həyat yoldaşını Makarov silahı ilə hədələyib girov götürdü.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Russian Deadline” məlumat yayıb. Məlumata görə, 39 yaşlı müstəntiq hamilə arvadını girov götürməmişdən öncə oğlunu evdən qovub. Onun ya alkoqol içki, ya da hər hansı bir psixiatrik dərmanın təsiri altında olduğu bildirilib.

S.Tkaçevin həyat hansısa səbəblərdən yoldaşı və oğlu ilə bu cür davranması hələlik məlum deyil. Güman edilir ki, onun hərəkətlərinin səbəbi əsəb pozğunluğundan yaranıb. Qeyd olunur ki, hadisədən xəbərdar olan “FSB” təhlükəsizlik işçiləri Tkaçevin mənzilinə basqın ediblər. Təhlükəsizlik işçilərinin səyi nəticəsində o, hamilə arvadını sərbəst buraxıb. İstintaq Komitəsi Tkaçevlə bağlı daxili yoxlamalar aparır, o, vəzifəsindən kənarlaşdırılıb.

 

23 yaşlı model evində ölü tapıldı

Meksikalı fitnes model və məşqçi Alondra Vilyanseno Tixuana şəhərində öz evində ölü olaraq tapıldı. Hafta.az Musavat.com-a istinadla xəbər  verir ki, bu barədə “Mirror” məlumat  yayıb. 23 yaşlı qızın meyitini onunla uzun müddət əlaqə saxlaya bilməyən anası aşkarlayıb. Başından güllələnən qızın bədənində bir neçə bıçaq yarası da olub. Cinayət yerində iki torba marixuana və 9 mm-lik güllə tapılıb. Cinayətin motivləri bəlli deyil. Şahidlər evdən bir kişinin çıxaraq, avtomobillə getdiyini bildiriblər. Qeyd edilir ki, Alondra Vilyaseno yerli idman zalında məşqçi olaraq işləyirmiş. İnternetdə o, öz məşqləri ilə bağlı videolarına görə məşhur olub.