Bakıda qaz xəttinə çırpılan avtomobil yandı

10:27 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı qaz boru xəttinə çırpılıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbəbərinə görə, nəticədə avtomobilin mühərrik və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.