Bakıda qəza - "bomj" öldü

10:52 20.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yol qəzası nəticəsində ölən kişinin şəxsiyyəti məlum olub.

Hadisə paytaxtın Yasamal rayonu, M.Həsənov küçəsində baş verib. Həmin yolda hərəkətdə olan "Jeep" markalı avtomobil yolu keçən orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Yasamal rayon Polis İdarəsinin Ciayət Axtarış Şöbəsi və 29-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə nəticəsində ölən şəxsin kimliyi məlum olub. Araşdırmalar zamanı həmin şəxsin tüfeyli həyat tərzi keçirən Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Ramiz Ağaverdiyev olduğu müəyyən edilib.

Oxunma sayı 359