Bakıda qəza - piyada öldü

10:19 21.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə,  hadisə Binəqədi rayonu S. Axundov küçəsində qeydə alınıb.

Yevlax rayon sakini Rəşad Şıxıyev idarə etdiyi BMW markalı avtomobillə 1956-cı il təvəllüd Rahid Məmmədovu vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq piyada xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydaların pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Oxunma sayı 235