Bakıda Rövşən Lənkəranskinin qohumu öldürüldü – Günün təzadları

18:30 03.07.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakının Suraxanı rayonunda ötən gün qətlə yetirilən şəxsin kriminal avtoritet olduğu məlum oldu.

Hafta.az yazır ki, APA-nın məlumatına görə, iyulun 2-də saat 23:00 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayev bıçaqlanaraq qətlə yetirilib.

Qeyd edək ki, Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir.

 

8 “SMS” yolladı - cavab gəlməsə də, bayıra çıxdı və...

Cəlilabadın Əliqasımlı kənd sakini Tural Mehdiyev karantin qaydalarını pozduğu üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldı. 

Müəyyən edilib ki, o, həmin gün aldığı icazənin müddəti bitdikdən sonra yenidən dəfələrlə 8103-ə “SMS” göndərib. Səkkiz dəfə ardıcıl göndərdiyi “SMS”-ə cavab gəlməməsinə rəğmən, Tural Mehdiyev yaşadığı yeri tərk edib və buna görə saxlanılıb. Onun barəsində toplanılmış materiallar rayon məhkəməsinə göndərilib və T.Mehdiyev 10 sutka inzibati qaydada həbs edilib.

 

Səbaildə koronavirus xəstəsi mağazadan evə qaytarıldı

Paytaxtın Səbail rayonunda ictimai yerdə - mağazada “COVID-19” infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq yaşadığı ünvana yerləşdirilməklə xəbərdarlıq edildi. Hafta.az yazır ki, Bakı şəhər BPİ Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, rayonun Rəsul Rza küçəsində qeydiyyatda olan 1946-cı il təvəllüdlü İsrafil Musayevə “COVID-19”

Infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. 

 

Bir parça daş bir şəhərin taleyini dəyişdi

Türkiyədə təsadüfən kəşf edilən kəhrəba daşı bir şəhərin taleyini dəyişdirdi.

Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, bir neçə il əvvəl vilayətin Aydıncıq mahalında vətəndaşların illərdir kömür bilərək toplayıb yandırdıqları daşın kəhrəba daşı olduğu ortaya çıxıb. Aparılan araşdırmalar zamanı kənddə təxminən 200 milyon kubmetr təbii daş olduğu təsbit edilib. Dəyəri yüksək olan daşın çıxarılması üçün mədən qazılıb və  Çin başda olmaqla bir çox ölkə daş ehtiyatı üçün sıraya girib.

 

İldırım bir gündə 26 nəfəri öldürdü

Hindistanda bir gün ərzində 26 nəfər ildırım vurması nəticəsində öldü.

Hafta.az xəbər verir ki, Bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Faciə Hindistanın şərqindəki Bihar ştatında qeydə alınıb. Bu, son günlər ərzində Bihar ştatında çoxsaylı insan ölümü ilə nəticələnən üçüncü təbii fəlakətdir. Fövqəladə xidmət qurumları bölgədə artan təhlükənin səviyyəsi barədə vətəndaşlara xəbərdarlıq ediblər.

Oxunma sayı 5218