Bakıda sərnişin avtobusu qəzaya uğradı, yaralılar var - FOTO

10:10 25.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ağır yol qəzası baş olub.

Hafta.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Mitsubishi-Pajero" və "VAZ 2107" markalı avtomobillərlə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu və "Mitsubishi-Pajero" körpüdən aşıb.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.