Bakıda süpürgəçini maşın vurdu, öldü

11:48 10.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda süpürgəçini maşın vurub.

Qafqazinfo xəbər verir ki, hadisə bu gün səhər saatlarında aeroport yolunda, Olimpiya stadionunun yaxınlığında baş verib. Sabunçu rayon Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı olan süpürgəçi qadın yolu süpürərkən onu maşın vurub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, maşın vuran süpürgəçi xəstəxanaya aparılarkən yolda ölüb.