Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib - FOTO

13:29 15.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bağlı Türkiyəyə dəstək aksiyası keçirilib.

Hafta.az-ın məlumatına görə, aksiya pandemiya ilə bağlı sosial məsafə və maskadan istifadəyə dair təlimatlar yerinə yetirilməklə Şəhidlər Xiyabanı və Türk Şəhidliyinin qarşısında baş tutub.

Yüzlərlə insanın qatıldığı aksiyada “Türkiyə, Azərbaycanda qal!”, “Türkiyə və Azərbaycan qardaşdır!”, “Türkiyə və Azərbaycan dostluğu var olsun!” şüarları səsləndirilib.

Oxunma sayı 1359
Siyasət rubrikasından digər xəbərlər