Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq konfransı keçirilib

18:35 25.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 25-də Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq konfransı keçirilib.

Hafta.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın təşkili və monitorinq şöbəsinin müdiri Esmira Lətifova çıxış edərək, arıçılığın Azərbaycanda həmişə önəmli sahə olduğunu bildirib. O qeyd edib ki, son vaxtlar bu sahəyə maraq həddindən artıq artıb. Hazırda keçən illə müqayisədə arı təsərrüfatlarının sayı iki dəfə, yəni 270 mindən 501 minə qədər artıb.

Eyni zamanda, orta hesabla hər arı ailəsindən 10 kiloqrama qədər bal götürülməklə, ümumilikdə 5 min ton bal istehsal edilib ki, bu da keçən illə müqayisədə 1,7 faiz çoxdur.

E.Lətifova qeyd edib ki, 2018-ci ildə 18 minə qədər arıçıya 4 milyon manat vəsait ödənilib. 2019-cu ildə artıq bu rəqəm artaraq 4,8 milyon manata və arıçıların da sayı 18 mindən 20 minə çatıb.

Sonra Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib ki, Assosiasiya 2016-cı ildə yaranıb və bu günə qədər 46 rayonda 4 şəhərdə mərkəzi fəaliyyət göstərir. Təxminən 4 rayonda da mərkəzlərin yaranması planlaşdırılır.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus, Rusiya, Ukrayna və başqa ölkələrdən peşəkar arıçılar, elm və iş adamları iştirak edib.

Konfransda 20-dən çox firmanın yer aldığı sərgiyə Azərbaycan, Çin, Pakistan, Rusiya, Türkiyə və digər ölkələrdən olan istehsalçılar qatılıb, hər biri öz məhsullarını bölgənin arıçısı ilə tanış ediblər.

Oxunma sayı 260