QMİ Avstriya XİN-in təklifini araşdırır

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Avstriya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz ölkələri dini liderlərinin görüşü təklifini araşdırır. Bu barədə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. Onun sözlərinə görə, Avstriyanın xarici işlər naziri Margit Fişer çərşənbə günü QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə Azərbaycan, Gürcüstan, Ermənistan dini liderlərinin bu ölkədə görüşünün keçirilməsi təşəbbüsü ilə də çıxış edib. QMİ sədri isə Avstriyanın münaqişələrin həllinə dəstək təşəbbüslərini yüksək dəyərləndirdiyini açıqlayıb.
Yeri gəlmişkən, dünən Avstriya prezidentinin xanımı Margit Fişer “Təzəpir“ məscid-kompleksində olub. Avstriyanın birinci xanımını bu ölkənin rəsmi şəxsləri, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, həmçinin QMİ-nin təmsilçiləri müşayiət edib. Sonra qonaq və onu müşayiət edən şəxslər QMİ sədri ilə görüşüblər. A.Paşazadə qonağı Azərbaycanda görməkdən məmnun olduğunu deyərək xanım Fişerdən onun salamlarını Avstriya prezidentinə çatdırmasını xahiş edib. Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edən QMİ sədri, ölkədə din və vicdan azadlığının qorunduğunu vurğulayıb. M.Fişer “Təzəpir“lə tanışlıqdan və A.Paşazadə ilə görüşdən məmnun olduğunu söyləyərək Azərbaycandakı digər dini icmaların rəhbərləri ilə də görüşəcəyini bildirib. Sonda A.Paşazadə M.Fişerə, qonaq isə A.Paşazadəyə xatirə hədiyyələri təqdim edib.
Vüsal