Yazını böyüt
Yazını kiçilt
Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində təmirdə olan mənzilin eyvanında su qızdırıcısı və yataq dəsti 6 m² sahədə yanıb.
Hafta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub.