Bakıda yol qəzasında daha iki piyada öldü

19:43 22.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda daha iki piyada yol qəzasında ölüb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, oktyabrın 21-də saat 7 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Hacıyev idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən paytaxt sakini Kəmalə Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oktyabrın 21-də saat 18 radələrində isə Xətai rayonunun Zığ Yolu küçəsində Bakı şəhər sakini S.Mirzəyev idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçən paytaxt sakini Aygün Babayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.