Bakıdakı dünya çempionatının tarixi açıqlanıb

10:28 16.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçiriləcək aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınmış yarışların tarixini Beynəlxalq Gimnastika Federasiyası (FIG) müəyyənləşdirib.

Federasiya bu haqda qərarını video-konfrans formatında keçirilmiş iclasında qəbul edib. Beləliklə, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti ilin 21-23 may, 16-cı dünya çempionatının isə 27-29 may tarixlərində keçirilməsi planlaşdırılır.

Oxunma sayı 6405