Bakının iki qəsəbəsində su olmayacaq

11:50 26.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“+ 98 Qaraçuxur” su anbarında aparılan yenidənqurma işləri ilə əlaqədar avqustun 26-da gün ərzində Qaraçuxur qəsəbəsinə və Suraxanı qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə hafta.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.