Bakının mərkəzi və qəsəbələrdəki əsas küçələrdə dezinfeksiya işləri aparılacaq - Xəbərdarlıq

12:28 03.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən hafta.az-a məlumat verilib.

Bildirilir ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Oxunma sayı 1815