Sarkozi Bakıda nəqliyyatın hərəkətini məhdudlaşdıracaq

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
Fransa prezidenti Nikola Sarkozinin Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr bölməsinin inspektoru Razi Zeynalov məlumat verib. Onun sözlərinə görə, N.Sarkozinin oktyabrın 7-də Azərbaycana baş tutacaq səfəri ilə əlaqədar saat 11.00-dan səfər başa çatanadək Beynəlxalq Hava Limanından Aeroport şosesi, Mərdəkan, Buzovna, Zağulba şossesələri, Heydər Əliyev prospekti, 10-cu Zavod yol qovşağı, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələri, Nobel prospekti və Böyük şor şossesində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Sürücülərdən həmin vaxtlarda elan olunan istiqamətlərdə yarana biləcək sıxlığı nəzərə alaraq alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Təbriz Vəfalı