Balaca rəssamların əl işləri Polşada sərgilənib

12:34 25.06.2020
Yazını böyüt
Yazını kiçilt

Polşanın Rıbnik şəhərinin Gənclərin Mədəniyyət Mərkəzində balaca rəssamların əl işlərindən ibarət sərgi açılıb.

Hafta.az AzərTAC-a istinadən xəbər verir ki, mərkəzin 35 illiyinə həsr olunmuş sərgidə 35 ölkədən olan rəssamın 3339 əsəri nümayiş edilib. Bunların arasında azərbaycanlı rəssamların əl işləri də var. Sərgidə Türkiyə, Belarus, Slovakiya, Tailand, Çin, Almaniya və digər ölkələrdən olan balaca rəssamların göndərdikləri rəsmlər də yer alıb.

İlkin olaraq, yubiley tədbirlərinin daha geniş formatda keçirilməsi planlaşdırılsa da, koronavirusla bağlı elan edilmiş pandemiya səbəbindən mərkəz rəhbərliyi yalnız sərgi ilə kifayətlənməli olub.

Oxunma sayı 10022